Gədəbəydə minik maşını yol kənarındakı dərəyə aşıb


Digərləri 03 Noy 2018 21:46:00 443 0

Gədəbəydə minik maşını yol kənarındakı dərəyə aşıb

Gədəbəy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun 1968-ci il təvəllüdlü Köhnə Qışlaq kənd sakini Hüseynov Akif Fərhad oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Nəticədə sürücü və onun maşında olan 1975-ci il təvəllüdlü qardaşı Hüseynov Rakif Fərhad oğlu müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə yol qəzası nəticəsində bir neçə nəfər yaralanıb.