Küfrdə ittiham edilən qadının vəkili Pakistandan qaçdı


Dünya 03 Noy 2018 21:34:00 250 0

Küfrdə ittiham edilən qadının vəkili Pakistandan qaçdı

Küfrdə ittiham edilən və Pakistanın Ali Məhkəməsi tərəfindən bəraət qazanan xristian qadın Asiya Bibinin vəkili həyatını təhlükəyə atmamaq üçün ölkəni tərk edib.

Son.az oxu.az-a istinadən bildirir ki, o, xaricə üz tutmasını Asiya Bibinin hüquqlarını bundan sonra da qorumaq niyyətində olması ilə izah edib.  

Qadının azadlığa buraxılmasından sonra Pakistanı bürüyən kütləvi etiraz aksiyalarına son qoymaq üçün Bibinin ölkəni tərk etməsi qadağan olunub.