Revmatizm dərmanları və antibiotiklər ağciyərləri


Digərləri 03 Noy 2018 21:35:00 300 0

Revmatizm dərmanları və antibiotiklər ağciyərləri

Bir sıra geniş yayılmış xəstəliklərin müalicəsində çox istifadə olunan və həkimlərin sevimli dərmanları ağciyərlərinizə toksiki təsir edib, onları zədələyir - bu fikir Clinical Medicine dərgisindəki elmi məqalədə yer alıb.

Son.az medicina.az-a istinadən bildirir ki, yeni araşdırma ağciyərlərin dərman təsirindən interstisial xəstəliklərinin yaranmasına həsr olunub. Bu xəstəlikləri yaradan səbəblərdən ən birincisi bədxasəlli şişlər əleyhinə dərmanlar, revmatizm və revmatik ağrılar üçün təyin olunan preparatlar, amiadaron və antibiotiklərdir. Araşdırmanın müəllifləri bildirir ki, həkimlər bu kimi dərmanların hansı xəstədə fərqi olaraq tənəffüs sistemi orqanlarına necə təsir etməsini bilməli, izləməlidirlər.

Dərmanların toksiki təsirindən ağciyərlərdə iltihab, fibroz, tənəffüs çətinləşməsi baş verir. Bu simptomlar hətta dərmanın qəbulundan bir neçə il sonra da özünü göstərə bilir.

Məhz bu xəstəliklərin sayı dünyada ildə 4 milyon - 12 milyon xəstə arası dəyişir. Ölüm riski isə 50%-dən çoxdur. Belə ki, bu istiqamətdə aparılan araşdırmalarda iştirak edən pasiyentlərin 25%-i vəfat etmişdir.