Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirəcək


Dünya 03 Noy 2018 21:28:00 233 0

Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirəcək

Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirməyi davam edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna başçısı Petro Poroşenko ilə görüşdən sonra deyib.

Türkiyə prezidenti qeyd edib ki, Ukrayna ilə 2011-ci ildən strateji əməkdaşlıq səviyyəsinə çıxan münasibətlərin dəstəklənməsi üzrə işlər mütəmadi olaraq davam etdirilir: "İldən-ilə biz münasibətləri daha da möhkəmləndiririk və bundan sonra da möhkəmləndirəcəyik. Türkiyə Ukraynada aparılan islahatları dəstəkləyir. Bu islahatların uğurlu həyata keçirilməsi bütün regionun xeyrinə olacaq".