İqlim dəyişikliyi milyonlarla insanı məhv edəcək


Digərləri 03 Noy 2018 21:05:00 227 0

İqlim dəyişikliyi milyonlarla insanı məhv edəcək

Almaniyanın tanınmış jurnalisti Hannes Ştayn hazırda Avropadakı vəziyyətlə qədim Roma dövründəki vəziyyəti uyğunlaşdırıb.   Son.az medicina.az-a istinadən bildirir ki, məşhur qəzetdə çıxış edən jurnalist Avropa iqlimində baş vermiş xarakterik dəyişikliklərin 540-cı ildə, qədim Roma imperiyası dövründə də müşahidə olunduğunu və həmin  ildə  vəba, taun epidemiyasının yayıldığını bildirir.

Hazırda insanlarda antibiotiklərə dözümlü patogenlərin çoxalması və iqlimin dəyişməsi də eyni miqyasda epidemiya təhlükəsi yaradıb. Tarixi faktlar göstərir ki, qədim dövrdə bir neçə il ardıcıl anomal aşağı temperatur hökm sürürdü, insanlar bu illəri " yaysız illər" adlandırırdı. Həmin ərəfədə romalılar evləri isitmək üçün daha çox odun ehtiyatı üçün meşələri, ağacları qırırdılar. İmperiyanın dayanmaq bilməyən tikinti işləri də ağacların sayını azaldırdı. Ona görə bu soyuq illərdə vulkanların aktivliyi də müşahidə olunurdu.

Aşağı temperatur vəba, taun, qızdırmanı oyatmaq  üçün imkan yaradırdı. Həmin əsrlərdə çəkilmiş İpək yolu və ticarət karvanları da bu virusları daha geniş əraziyə yaymağa birbaşa səbəb olmuşdu. Nəticədə milyonlarla insan 2 ilin ərzində öldü.