Bəziləri deyir ki, qadın mütləq qara rəngdə çadra bağlamalıdır...


Digərləri 03 Noy 2018 20:40:00 404 0

Bəziləri deyir ki, qadın mütləq qara rəngdə çadra bağlamalıdır...

Şəriətə görə, qadın biləkdən aşağı əllərindən və sifətindən başqa bütün bədənini naməhrəmlərdən örtməlidir. Hicabın vacib olan ölçüsü budur.

Son.az islam.az-a istinadən bildirir ki, dinimizdə qadının hicabının növü və forması barədə dəqiq göstəriş verilməmişdir. Yuxarıdakı şərtə uyğun gələn, eləcə də, bəzi başqa şərtlərə cavab verən hər bir örtük hicab sayılır. Belə ki, hicab çox dar, şəffaf və diqqəti çəkəcək dərəcədə alabəzək olmamalıdır. Dinimizdə qadının naməhrəmləri özünə cəlb etmək üçün bəzək vurması və diqqət çəkən libas geyinməsi qadağan edilib.