Şəmkirdə yol qəzasında bir neçə nəfər yaralanıb


Digərləri 03 Noy 2018 20:44:00 207 0

Şəmkirdə yol qəzasında bir neçə nəfər yaralanıb

Bakı-Qazax avtomobil yolunda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, yolun Şəmkir rayonunun Zəyəm qəsəbəsindən keçən hissəsində "Qazel" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.

Onlardan 1960-cı il təvəllüdlü İsgəndərov Fərhad Alı oğlu və 1954-cü il təvəllüdlü Cəmil Ələkbərovun vəziyyətinin ağır olduğu bildirilir. Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ötən gün ərzində respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.