Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi həyata keçirilir FOTO


Digərləri 03 Noy 2018 20:04:00 282 0

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi həyata keçirilir  FOTO

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert tanınmış müğənni, əməkdar artist Kifayət Gəncəlinin yaradıcılığına həsr olunub.

Son.az Trend-ə istinadən bildirir ki, konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilib.

Gecədə xalq artistləri Gülyanaq Məmmədova -"Arzum budur", Nəzakət Teymurova -"Uca dağlar", əməkdar artistlər Firuzə İbadova- "Qəlbimin səsi", Cavanşir Məmmədov - " Dəli ceyran", Kifayət Gəncəli özü -"Xatırla məni", Arzu Əliyeva -"Düz bir ildi", Gülüstan Əliyeva -"Xatirələr", Azərbaycan Televiziyası və Radiosunun solistləri Nurlan Namazov - "Pəri-pəri", Rövşən Əziz - "Bəyənmir məni", müğənnilər Məftun Məmmədli -"Leyla", Könül Məmmədli -"Tələbəlik illəri" mahnılarını ifa etdilər. İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.


Xəbərə aid fotolar