İnsan beyni yeyənlərin yoluxduğu xəstəlik... Öldükdən sonra doğub,


Digərləri 03 Noy 2018 19:35:00 256 0

İnsan beyni yeyənlərin yoluxduğu xəstəlik... Öldükdən sonra doğub,

Tibb tarixində bir sıra maraqlı və ağılasığmaz hadisələr yaşanır. Qeydə alınan faktlar arasında "mümkün deyil" deyib, təəccüblənəcəyiniz faktlar var.

Son.az medicina.az-a istinadən onlardan bir neçəsini təqdim edir:  

1. Tibb tarixində ilk dəfə eyni vaxtda bir neçə orqan köçürülən şəxs Koburq sakini olub. Nadir xəstəlik hesab olunan meqasisto sindromundan əziyyət çəkən 6 aylıq körpəyə eyni vaxtda qaraciyər, bağırsaq, mədə, mədəaltı vəz köçürülüb. Bu xəstəlik Yeni Qvineyada məskunlaşan Kannibal qəbilə sakinləri arasında yayılır. Buna səbəb isə onların insan beyni yeməsidir.

2. İlk dəfə 1983-cü ildə ABŞ-da ana ölümündən sonra körpənin doğum faktı qeydə alınıb. Ananın qəfil ölüm keçirməsi səbəbindən bətnində olan körpə təxminən 3 ay süni şəkildə orada saxlanılıb. Sonradan isə süni doğuş vasitəsilə həyata gətirilib.

3. Tibb tarixində ən uzun sürən hamiləlik 25 il olmaqla 54 yaşlı qadında qeydə alınıb. 1961-ci ildə həmin qadının bətnində olan 1 kq 300 qr sərt kütləyə çevrilmiş uşaq əməliyyat yolu ilə kənarlaşdırılıb. Belə ki, qadının doğum sancıları hələ 1936-cı ildə başlayıbmış.

4. İndiyə kimi ən yüksək temperatur Atlantadan olan Villi Concda qeydə alınıb. 1980-ci ildə adı çəkilən şəxsin hərarəti 46,7 0С-dək qalxıb. Bununla yanaşı o, ürək tutması da yaşayıb. 24 sutka sonra isə onu xəstəxanadan evə buraxıblar.