İngilis demokratiyasının yaranması:


Digərləri 03 Noy 2018 19:11:00 263 0

İngilis demokratiyasının yaranması:

İngiltərəni tez-tez müasir demokratiyanın vətəni adlandırırlar. Necə oldu ki, əsrlər öncə ingilislər öz krallarının hakimiyyətini məhdudlaşdırmağı uğurla bacardılar?

BBC-nin Rus Xidmətində Yana Litvinova "İngilis demokratiyasının yaranması" adlı layihəsində Britaniyada konstitusiyalı monarxiyanın əsasını təşkil edən sənədlərdən söhbət açır.

Birinci hissə: Azadlıqlar xartiyası

Mütləq monarxiyadan demokratiyaya doğru yolda ilk addım Azadlıqlar Xartiyası oldu. Bu xartiyanı ingilis kralı I Henri (Henry) 1100-cü ildə öz baronları ilə razılaşdırıb.

I Vilhelm Fateh oğulları ilə.

Henry I Vilhelm Fatehin dördüncü və ən kiçik oğlu idi - yəni taxt-taca çıxmaq şansları onda, demək olar kı, olmayıb.

Ola bilsin ki, məhz bu səbəbdəndir ki, o gənclik illərini kitab oxumağa həsr edib. Nəticədə, o nəinki oxumağı və latınca yazmağı, eyni zamanda, ingilis qanunlarını və dəqiq elmləri də yaxşı bilib. O dövrün aristokratı üçün belə bilklərə malik olmaq görünməmiş bir iş idi.

Atası Henridən ona miras qalan gümüş pulun dəyəri 5000 funt olub - heç bir torpaq mülkiyyəti onun payına düşməyib.

Gələcək kral, ilk olaraq, ona düşən pulun 3 minini qardışı Robertdən Normandiyada yerləşən Cotentin yarımadasının alınmasına xərcləyib.

İndi bu bölgədə Fransanın Cherbourg şəhəri yerləşir. Henry-nin böyük qardaşı Robert-in yalnız torpaq mülkiyyətinin olması və pulsuzluğu bu sövdələşmənin baş tutmasına imkan verib.

I Vilhelm Fatehin birinci oğlu Robertin qəbri. O, Səlib yürüşünə yollandıqdan sonra taxt-tacı Henry ələ keçirib.

Bu ərəfədə Henrini ingilis taxt-tacından cəmi iki qardaşı ayırırdı: I Vilhelm Fatehin ikinci oğlu Riçard (Richard) ova çıxdığı zaman ölüb - onun heç 20 yaşı da tamam olmamışdı.

Sonrakı hadisələr isə sanki plan üzrə inkişaf edib: böyük qardaş Robert Səlib yürüşünə yollanıb, İngiltərəni müvəqqəti idarə edən üçüncü qardaş - Vilhelm də ova getdiyi zaman ölüb və nəticədə, Henri sahibsiz qalan taxt-taca sahib çıxıb.

Tacı əldə etmək azdır, onu saxlamaq gərəkdir

Henri qarşısında üç əsas məsələnin durduğunu tez bir zamanada başa düşüb.

Birincisi, qəsbkarı qraflar və baronlar qəbul etməyib. İkincisi, onu Kilsə və xüsusilə arxiyepiskop Anselm Kenterberili xoşlamayıb. Üçüncüsü isə, atasının məğlub etdiyi anqlosaksların da ondan xoşu gəlməyib.

Canterbury arxiyepiskopu Anselm

Yeni kral kilsə ilə tez bir zamanda dil tapa bilib, nəticədə, Anselm onu dəstəkləyib.

Anqlosakslarla da dil tapmağın yolu sadə olub: Henry Şotlandiya kralı III Malcolm-un qızı Matilda ilə evlənib.

Şotlandiyalı Matilda XIX əsrdə nəşr olunmuş "Qadınlar üçün tarix" kitabında belə təsvir olunub.

Lakin Normandiya baronlarını yeni kral və kraliça qane etmirdi. Təcili olaraq ölçü götürmək lazım idi.

Beləliklə, Henri baronları razı salmaq üçün onlarla sövdələməyə getməli oldu və bunun nəticəsi olaraq "Azadlıqlar Xariyası" tərtibləndi.

Siyasi vədlər

I Henry, XIX əsrin qravürası

Müasir demokratiya anlayışları mövqeyindən Henry-nin verdiyi vədlər demokratik görünməyə bilər.

Sənədin əsas müddəalarına baxanda - kral yaxşı kral olacağını vəd etməyib, o, yalnız çox pis kral olmayacağı ilə həvəssiz razılaşıb.

"Mən, Henri, Tanrının iradəsi ilə İngiltərənin taclı kralı, yepiskop və ya abbatın ölümündən sonra varis seçilməyənə qədər Kilsənin mülkünü nə alaram, nə də sataram", - Xartiya bu cümlə ilə başlayır.

Yüksək dairələrin dindar kəsiminə diqqət yetirən Henri dünyəvi kəsimi də unutmur.