ABŞ hökumətindən İlon Maska daha bir zərbə


Dünya 03 Noy 2018 18:56:00 272 0

ABŞ hökumətindən İlon Maska daha bir zərbə

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası (SEC) ölkənin elektromobil istehsalçısı - "Tesla" şirkətinə məhkəmə araşdırması göndərib. 

Son.az Report-a istinadən xəbər verir ki, araşdırma şirkətin rəsmilərinin "Tesla Model 3" avtomobilinin istehsal həcmi barədə verdikləri bəyanatlar və proqnozlarla əlaqədardır. 

ABŞ-ın Ədliyyə Nazirliyi də "Tesla"dan lazımi məlumatları təqdim etməyi xahiş edib. Bununla belə, "Tesla" bəyan edib ki, indiki mərhələdə hökumət səviyyəsində aparılan yoxlamalar şirkətə maddi ziyan vurmur.