Misirdə qırıcı qəzaya uğradı


Dünya 03 Noy 2018 18:58:00 290 0

Misirdə qırıcı qəzaya uğradı

Misirdə "MiQ-29" hərbi təyyarəsi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, misirli pilot qəzadan öncə katapult edib, onun həyatı üçün heç bir təhlükə yoxdur.

Birləşmiş Aviatikinti Korporasiyası (BAK) qəza ilə bağlı məlumat yayıb: "Misir HHQ-nin "MiQ-29" təyyarəsinin qəzaya uğraması barədə operativ məlumatımız var. Yaxın zamanda texniki mütəxəssislərimiz hadisənin araşdırılmasında köməklik göstərmək üçün Misirə yollanacaqlar".