Xırdalan avtobusunda cibgir saxlanılıb


Digərləri 03 Noy 2018 18:57:17 307 0

Xırdalan avtobusunda cibgir saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri ərazisində avtobusda Oğuz rayon sakini A.Azaxovanın içərisində 150 manatı və gümüş qolbağı olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov olduğu müəyyən edilib.