Sumqayıtda dəmir yolu yaxınlığında insan kəlləsi aşkarlandı


Digərləri 03 Noy 2018 18:36:00 250 0

Sumqayıtda dəmir yolu yaxınlığında insan kəlləsi aşkarlandı

Sumqayıtda qazıntı zamanı insan kəlləsi tapılıb.

Son.az Report-a istinadən bildirir ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində dəmir yolu xətti ətrafında qaralmış naməlum insan kəlləsi aşkar edilib.

İnsan kəlləsi ərazidə qazıntı işləri aparılarkən üzə çıxıb. Ətrafda yaşayan insanlar tərəfindən hüquq-mühafisə orqanlarına məlumat verilib. Bakı və Sumqayıtdan olan ekspertlər ərazidə aşkar edilmiş insanın başının skeletini götürərək eksperteziya göndəriblər.


Xəbərə aid fotolar