Azərbaycanlı feminist: "Kişilər ailəni saxlamağa məcbur deyillər"


Digərləri 03 Noy 2018 18:20:00 300 0

Azərbaycanlı feminist: "Kişilər ailəni saxlamağa məcbur deyillər"

Hərənin bir cür tanıtdığı cərəyanlardan biri də feminizmdir. XVIII əsrin sonları, XIX əsrin birinci yarısında formalaşmağa başlayan feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır.

Son.az bildirir ki, əslində necə olduğu haqda isə feminist Pikəxanım Əhlimanova oxu.az-a danışıb. 

O, qadın hüquqları əsasında yaranan cərəyanın indi daha geniş məzmun əhatə etdiyini bildirib:

"Feminizm hər kəs üçün hüquqi bərabərliyinin təmin edilməsini istəyən bir cərəyandır. Əvvəllər qadın hüquqları əsasında yaradılmış olsa da, yeni dövrdə bu, belə deyil. Yəni, bu, qadınlar, kişilər və LGBT üzvlərinin hüquqlarının təmin edilməsi üzərində qurulub".

P.Əhlimanova cəmiyyətimizdə bu cərəyana nə dərəcədə ehtiyac olduğunu izah etdi: