İnternetin yaradıcısı Tim BernersLee: "Facebook və Google çökəcək"


Digərləri 03 Noy 2018 18:08:00 306 0

İnternetin yaradıcısı Tim BernersLee: "Facebook və Google çökəcək"

Ümumdünya internetin yaradıcısı olan Tim Berners-Lee Google və Facebook kimi böyük şirkətlərin çöküşünü proqnoz etdi.

Son.az Technote-a istinadən bildirir ki, bu barədə öz əminliyini o, Reuters saytına müsahibəsində deyib.

Jurnalistlərlə söhbətində Tim Berners-Lee Google və Facebook kimi böyük şəbəkə şirkətlərinin yaxın gələcəkdə çöküşlərinin ehtimalını bildirib. Çöküşün səbəbi kimi o, vəsaitlər ilə hakimiyyətin bir böyük şirkətdə cəmlənməsini və həmin şirkətin bazardakı qaçılmaz monopoliyasını adlandırıb.