18 yaşlı qızı zirzəmiyə salıb narkotik verdi, zorladı...


Kriminal 03 Noy 2018 18:00:00 257 0

18 yaşlı qızı zirzəmiyə salıb narkotik verdi, zorladı...

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Bəhram Əliyev (cinayət işində adı keçən şəxslərin adı və soyadları şərti verilib - red.) 18 yaşlı Samirə ilə Feysbuk sosial şəbəkəsində tanış olub.

Son.az publika-ya istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda yaşayan Bəhram Əliyev sosial şəbəkədə olan zaman Samirənin profili ilə rastlaşıb.

Tanışlıq və narkotik istəyi

Bəhram Əliyev əvvəlcə Samirə ilə ünsiyyət yaradıb, bir müddət onunla sosial şəbəkədə söhbət edib. Sonradan onların münasibətləri istiləşməyə başlayıb. Bu zaman Bəhram Samirəyə sevgi hisslərini açıqlayıb, onu sevdiyini deyib.

Bu münasibət yarandan sonra Bəhram ilə Samirə görüşməyə başlayıblar. Elə ilk görüşlərində Samirə istifadə etmək üçün Bəhramdan narkotik istəyib.

Özündən asılı vəziyyətə salmaq

Belə olanda Bəhram Samirənin narkotik vasitələrdən asılı olduğunu bilib, ona qarşı istədiyi hərəkəti edə biləcəyini düşünüb.

Bu düşüncə ilə Bəhram Samirəyə narkotik vasitə tapa bilcəyini söyləyib və onu özündən asılı vəziyyətə salıb.

Narkotik əvəzinə siqaret

Bundan sonra Bəhram Samirəni Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanında olan çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinə gətirib. Orada qıza narkotik vasitə adı ilə bir ədəd siqaret verib.

Bundan sonra Bəhram qızı öpüşlərlə ehtiraslandırıb və sonra onu soyundurub. Orada Bəhram Samirə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub, sonra ona qarşı seksual xarakterli hərəkətlər etməyə məcbur edib. Bu hadisədən sonra Samirə təcavüzə məruz qalması barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Şikayət və ittiham

İstintaq tərəfindən Bəhram Əliyevin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.