43 min 500 yaşı olan nəsli kəsilmiş heyvan tapıldı:


Digərləri 03 Noy 2018 17:44:00 627 0

43 min 500 yaşı olan nəsli kəsilmiş heyvan tapıldı:

Rusiyanın Yakutiya əyalətində 43 min 500 yaşı olduğu ehtimal edilən mağara aslanı tapılıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, heyvan donmuş torpağın altında qaldığı üçün bu min illər ərzində heç bir zərər görməyib. Rusiya Elmlər Akademiyasının üzvü Aleksey Tikxanovmağara aslanının üzərindəki xallara diqqət çəkərək, bənzər təsvirlərə mağara rəsmlərində də rast gəlindiyini bildirib.

Qeyd edək ki, əvvəllər bu təsvirlərin təsadüfi şəkildə çəkildiyi düşünülürdü. Lakin bu kəşf mağara divarlarına həkk olunan şəkillərin gerçək olduğunu bir daha sübut edir.


Xəbərə aid fotolar