Belçika-Niderland Koordinasiya Şurası təsis edilib


Digərləri 03 Noy 2018 17:21:58 255 0

Belçika-Niderland Koordinasiya Şurası təsis edilib

Dövlət Komitəsinin nümayəndə heyəti Avropaya səfər çərçivəsində təsis yığıncağında iştirak edib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri Haaqa şəhərində Azərbaycan səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlanıb. Komitədən Trend-ə verilən məlumata görə, daha sonra nümayəndə heyəti Hollandiya və Belçika Azərbaycanlıla­rı­nın Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib. Təsis yığıncağında səfirliyin nümayəndələri, təşkilat rəhbərləri, azərbaycanlı gənclər və digər qonaqlar iştirak edib. Koordinasiya Şurasının yaradılması təşəbbüsünü müsbət dəyərləndirən Dövlət Komitəsinin sədri Azərbaycan diasporunun yeni inkişaf istiqamətləri ilə bağlı məlumat verərək bildirib ki, diasporun qarşısında duran ən başlıca məsələ təşkilatların birgə fəaliyyətinə nail olmaq, diaspor fəaliyyətini koordinasiya etməkdir. Avropanın bir sıra ölkələrində, diaspor təşkilatları tərəfindən, artıq Koordinasiya Şuralarının formalaşdırıldığını qeyd edən Komitə rəhbəri qeyd edib ki, yalnız koordinasiya olunan birgə fəaliyyət, təşkilatların bir-biri və Dövlət Komitəsi ilə sıx əməkdaşlığı nəticəsində hədəflərə çatmaq mümkündür. Eyni zamanda, qeyd edilib ki, Dövlət Komitəsi də birgə, kollegial qərarlara daha çox üstünlük verəcəkdir.