Düz 1 il boğazında udduğu qaşıq ilə yaşadı


Digərləri 03 Noy 2018 17:08:00 332 0

Düz 1 il boğazında udduğu qaşıq ilə yaşadı

Çində Zanq adlı bir nəfərin başına gələnlər hamını təəccübləndirib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, 20 santimetrlik qaşığı udan və uzun müddət elə yaşayan kişi həkimə müraciət edir. 20 yaşında olan Zanq dava zamanı sinəsinə yumruq dəyib. Özünü narahat hiss edən gənc həkimə müraciət edib. Nəfəs almaqda çətinlik çəkən gənc xəstəxanada müayinə olunan zaman boğazında qaşıq qaldığı müəyyən olunub.

Zanq deyib ki, qaşığı 1 il əvvəl dostları ilə mübahisə zəminində udub. O, köksünə yumruq dəyənə qədər heç bir narahatlıq keçirmədiyini vurğulayıb.