"Yaradanlar və yaşadanlar" lahiyəsi Beynəlxalq Muğam Mərkəzində


Kriminal 03 Noy 2018 16:32:00 350 0

"Yaradanlar və yaşadanlar" lahiyəsi  Beynəlxalq Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində müvəffəqiyyətlə "Yaradanlar və yaşadanlar" lahiyəsi həyata keçirilir.

Noyabrın 2- də Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən möhtəşəm konsert tanınmış müğənni, əməkdar artist Kifayət Gəncəlinin yaradıcılığına həsr olunmuşdu.

Son.az xəbər verir ki, konsert Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.

Gecədə xalq artistləri Gülyanaq Məmmədova -"Arzum budur",  Nəzakət Teymurova -"Uca dağlar", əməkdar artistlər Firuzə İbadova- "Qəlbimin səsi", Cavanşir Məmmədov - " Dəli ceyran", Kifayət Gəncəli  özü -"Xatırla məni", Arzu Əliyeva -"Düz bir ildi", Gülüstan Əliyeva -"Xatirələr",  Azərbaycan Televiziyası və Radiosunun solistləri Nurlan Namazov - "Pəri-pəri", Rövşən Əziz - "Bəyənmir məni", müğənnilər Məftun Məmmədli -"Leyla", Könül Məmmədli -"Tələbəlik illəri" mahnılarını ifa etdilər.

İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.


Xəbərə aid fotolar