Akademik Milli Dram Teatrının kollektivi rayonlarda çıxış edəcək


Digərləri 03 Noy 2018 16:31:00 234 0

Akademik Milli Dram Teatrının kollektivi rayonlarda çıxış edəcək

Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxa qastrol səfərinə yollanacaq.

Bakı. Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxa qastrol səfərinə yollanacaq. Teatrdan Trend-ə verilən məlumata görə, kollektiv noyabrın 6-da Balakən, 7-də Zaqatala, 8-də isə Qax teatrsevərləri qarşısında “Vəsiyyət” tamaşası ilə çıxış edəcək. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən ikihissəli qara komediyanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.