Sılanın sevgilisi tərəfindən döyülməsi təsdiqləndi


Digərləri 03 Noy 2018 15:57:00 266 0

Sılanın sevgilisi tərəfindən döyülməsi təsdiqləndi

Türkiyəli məşhur ifaçı Sıla Gençoğlunun sevgilisi Ahmet Kural tərəfindən döyülməsi tibbi ekspertiza tərəfindən təsdiqlənib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ekspertin sənədlərini isə "Star Haber" ortaya çıxarıb.

Sənədlərdə müğənninin sifətində əzilmə, beyin qapağında şiş, üzündə və bədənində göyərtilər olduğu qeyd olunub. Eyni zamanda, Sılanın başına külqabı vurulması, baş hissəsinin, ayaqlarının təpik zərbələrinə məruz qalması da təsdiqlənib.

Digər tərəfdən, Sılanın sürücüsü və Ahmet Kuralın qonşusu baş verən hadisə ilə bağlı ifadə verib.