Məleykə Abbaszadə: “İmtahanlar zamanı yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir”


Digərləri 03 Noy 2018 15:42:00 260 0

Məleykə Abbaszadə: “İmtahanlar zamanı yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir”

Gəncə şəhərində "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda konfrans keçirilib.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Konfransda Gəncə və ətraf şəhərlərdə yerləşən ali təhsil müəssisələrinin rektorları, müəllimlər, təhsil şöbələrinin müdirləri, şəhər icra hakimiyyəti və AMEA-nın Gəncə mərkəzinin nümayəndələri, imtahan rəhbərləri, nəzarətçi-müəllimlər iştirak ediblər.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda açılış nitqi ilə çıxış edib. M. Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Sədr bildirib ki, DİM-in hazırda keçirdiyi imtahanların məqsədləri və iştirakçıları bir-birindən fərqlənsə də, onların hamısını birləşdirən ümumi cəhətlər var: "İmtahanların hamısının məzmun və standartları müvafiq sahələr üzrə ekpertlərin iştirakı ilə elmi metodlar əsasında müəyyən olunur, imtahanlar keçirilərkən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, cavablar avtomatlaşdırılmış sistemlər vasitəsilə və ya müəyyən olunmuş meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilir. 2018-ci il ərzində DİM-in həyata keçirdiyi imthanalarda ümumilikdə 641 517 nəfər iştirak edib. İmtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədilə 48309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Vətəndaşlar hesabat ili ərzində 7 milyon dəfədən çox DİM-in elektron xidmətlərindən istifadə ediblər".

Konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları müxtəlif mövzularda təqdimatlar edilib.