84 nəfər ödənişli ictimai işlərə cəlb olunub


Digərləri 03 Noy 2018 15:43:00 248 0

84 nəfər ödənişli ictimai işlərə cəlb olunub

Üç rayonda 84 nəfər ödənişli ictimai işlərə cəlb olunub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Şamaxı, İsmayıllı və Hacıqabul rayonlarında 84 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda onlar öz rayonlarında ictimai faydalı xarakter daşıyan, əsasən abadlaşdırma, təmir yönümlü işlərdə çalışırlar. Ödənişli ictimai işlər iki ay müddətinə nəzərdə tutulub. Bu işlərə cəlb edilənlərin əmək haqları tam şəkildə Dövlət Məşğulluq Xidməti tərəfindən maliyyələşdiriləcək.