Azərbaycanın bu 6 şəhərinin Baş Planı hazırlanacaq 2019cu ildə


Digərləri 03 Noy 2018 15:19:00 258 0

Azərbaycanın bu 6 şəhərinin Baş Planı hazırlanacaq  2019cu ildə

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın kiçik və orta şəhərlərinin baş planlarının hazırlanması üzərində işləyir".

Son.az xəbər verir ki, bunu Trend-ə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

D.Dövlətxanovun sözlərinə görə, həmin şəhərlərin sovet vaxtı hazırlanmış baş planları 90 faiz yenilənib və bu proses 2019-cu ildə başa çatacaq:

"Biz hazırda yerli təşkilatlarla müqavilələr imzalamışıq. Onlar respublikanın 6 şəhəri üzrə sənədlərin hazırlanmasına başlayıb. Bu şəhərlər Saatlı, Sabirabad, Kürdəmir, Daşkəsən, Şabran və Tərtərdir".