Azərbaycanın bu 6 şəhərinin Baş Planı hazırlanacaq - 2019-cu ildə


Digərləri 03 Noy 2018 15:17:55 272 0

Azərbaycanın bu 6 şəhərinin Baş Planı hazırlanacaq - 2019-cu ildə

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın kiçik və orta şəhərlərinin baş planlarının hazırlanması üzərində işləyir.

Bakı. Mətanət Nəsibova - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın kiçik və orta şəhərlərinin baş planlarının hazırlanması üzərində işləyir. Bunu Trend-ə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov deyib. D.Dövlətxanovun sözlərinə görə, həmin şəhərlərin sovet vaxtı hazırlanmış baş planları 90 faiz yenilənib və bu proses 2019-cu ildə başa çatacaq: "Biz hazırda yerli təşkilatlarla müqavilələr imzalamışıq. Onlar respublikanın 6 şəhəri üzrə sənədlərin hazırlanmasına başlayıb. Bu şəhərlər Saatlı, Sabirabad, Kürdəmir, Daşkəsən, Şabran və Tərtərdir".