Bu il imtahanlarda nizam-intizam və təhlükəsizliyə nəzarət üçün 48 mindən artıq əməkdaş cəlb olunub


Digərləri 03 Noy 2018 14:52:17 269 0

Bu il imtahanlarda nizam-intizam və təhlükəsizliyə nəzarət üçün 48 mindən artıq əməkdaş cəlb olunub

Bu il imtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədilə 48309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub.

Bakı. Bu il imtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədilə 48309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bunu qurumun Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Gəncədə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda keçirilən konfransda deyib. M.Abbaszadə qeyd edib ki, DİM fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib.