Ermənistanın keçmiş xarici işlər nazirinin adı rüşvətxorluqda hallanır


Dünya 03 Noy 2018 14:37:00 276 0

Ermənistanın keçmiş xarici işlər nazirinin adı rüşvətxorluqda hallanır

Ermənistanın keçmiş xarici işlər naziri və deputatı Vardan Oskanyanın adı rüşvət hadisəsində hallanır.

Son.az Report-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, iş adamı Silva Ambartsumyan rüşvətxorluqla bağlı Xüsusi İstintaq Xidmətinə verdiyi etdiyi ifadədə Vardan Oskanyanın adını hallandırıb.

Məlumata görə, keçmiş nazir bu yaxınlarda ölkəni tərk etmək istəyib, ancaq ona sərhədi keçməyə icazə verilməyib.