Bakının ən yüksək maaş verilən rayonları açıqlandı


Digərləri 03 Noy 2018 14:07:00 245 0

Bakının ən yüksək maaş verilən rayonları açıqlandı

Bu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 840 nəfər və yaxud 2% artaraq 704 771 nəfər olub.

Son.az Report-a istinadən xəbər verir ki, hesabat dvöründə işçilərin orta aylıq nominal əmək haqqı illik müqayisədə 5,3 manat və yaxud 0,68% artaraq 787,3 manat olub.

Belə ki, bu ilin yanvar-avqust aylarında Bakının Binəqədi rayonunda işləyən muzdlu işçilərin sayı 45 236 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 449,3 manat təşkil edib. 2017-ci ilin avqust ayı ilə müqayisədə Binadəqi rayonunda muzdlu işçilərin sayı 2 032 nəfər və ya 4,7% artıb. Onların əmək haqlarının həcmi isə bir il ərzində 21,8 manat və ya 5,1% artıb.

Bakının Qaradağ rayonunda muzdla işləyənlərin sayı 54 nəfər və ya 0,21% artaraq 25 171 nəfər təşkil edib. Bu rayonda işləyənlərin əmək haqqılarının həcmi isə 84,9 manat və ya 8,86% artaraq 1 042,7 manat təşkil edib.

Paytaxtın Xəzər rayonunda isə işləyən muzdlu işçilərin sayı 30 458 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 731,5 manat təşkil edib. 2017-ci ilin avqust ayı ilə müqayisədə Xəzər rayonunda muzdlu işçilərin sayı 912 nəfər və ya 3,09% artıb. Onların əmək haqqılarının həcmi isə bir il ərzində 90,3 manat və ya 14,08% artıb.

Paytaxtın mərkəzi rayonlarından biri olan Səbaildə isə muzdla işləyən içşilərin sayı 112 106 nəfər təşkil edib. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 2 364 nəfər və 2,11% azdır. Onların maaşlarlına gəldikdə isə, bu rəqəm ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 47,9 manat və ya 3,24% azdır.

Bu ilin yanvar-avqust ayları ərzində Sabunçu rayonunda siyahı tərkibində olan işçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 261 nəfər və ya 0,96% artıb. Bu müddət ərzində onların əmək haqlarının həcmi 12,6 manat və ya 2,59% artıb.

Suraxını rayonunda muzdla işləyənlərin rəsmi ümumi sayı 19 236 nəfər, onların əmək haqqlarının orta hesabla həcmi 571,4 manat təşkil edib. Bu isə say baxımından 315 nəfər və ya 1,61% azalıb. Əmək haqları nisbətində isə bu rəqəm 2,7 manat və ya 0,47% azdır.