Mağazaların paltardəyişmə otaqlarında silsilə oğurluqlar edən qadın tutulub


Digərləri 03 Noy 2018 13:52:00 233 0

Mağazaların paltardəyişmə otaqlarında silsilə oğurluqlar edən qadın tutulub

İri ticarət mərkəzlərindəki mağazaların paltardəyişmə otaqlarında oğurluqlar edən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakının Nərimanov rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərindəki paltar mağazalarından silsilə oğurluqlar edilib. Belə ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən 5 nəfər xanım zərərçəkən müxtəlif vaxtlarda həmin ticarət mərkəzlərindəki mağazaların paltar dəyişmə otaqlarında olan çantalarından ümumilikdə 3000 manat pulun və digər qiymətli şəxsi əşyalarının oğurlanması barədə məlumat veriblər.

Nərimanov Rayon Polis İdarəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Ağcəbədi rayon sakini Günel Quliyeva saxlanılıb.  

Qeyd edək ki, G.Quliyevanın etdiyi oğurluqlar mağazaların təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edərək bildirib ki, müştəri kimi daxil olduğu mağazaların paltar dəyişmə otaqlarını gəzərək oradan oğurluqlar edib.


Xəbərə aid fotolar