Gəncədə 18 yaşlı qız itkin düşüb


Digərləri 03 Noy 2018 13:22:00 233 0

Gəncədə 18 yaşlı qız itkin düşüb

Gəncə şəhərində 18 yaşlı qız itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Həmin prospektdə ev 57, mənzil 2-də yaşayan Tekin İlahə Ağa qızı polisə müraciət edərək bildirib ki, onunla birgə yaşayan qızı, 2000-ci il təvəllüdlü Sevinc Qarayeva noyabrın 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qadın bildirib ki, S.Qarayeva əvvəllər də itkin düşüb və polis tərəfindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.