İstirahət gününün


Digərləri 03 Noy 2018 12:57:00 218 0

İstirahət gününün

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Abşeron yarımadasında gecə 7-11°, gündüz 15-18° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti təşkil edəcək.