Rüşvət verməyə görə axtarışda olan şəxs saxlanıldı


Digərləri 03 Noy 2018 12:32:00 225 0

Rüşvət verməyə görə axtarışda olan şəxs saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.

Bu barədə Son.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.