"Odlu manyak" Masallıda həmkəndlilərinin evlərini və avtomobilini yandırdı


Digərləri 03 Noy 2018 12:12:00 264 0

"Odlu manyak" Masallıda həmkəndlilərinin evlərini və avtomobilini yandırdı

Cari il oktyabr ayının 29-da Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın baş verib. Nəticədə 100 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb.

Belə ki, onun  oktyabr ayının 19-dan 31-dək olan müddətdə həmkəndliləri olan qohumları Vüqar Məmmədzadənin evini və Hakim Həsənovun "VAZ-2106" markalı avtomobilini, habelə atasına məxsus yardımçı təsərrüfatı yandırdığı da müəyyən edilib.