Məşhur aktyor dava saldı, tutuldu


Digərləri 03 Noy 2018 11:52:00 237 0

Məşhur aktyor dava saldı, tutuldu

Məşhur aktyor, Hollivud ulduzu Alek Bolduin Nyu-Yorkda maşın saxlama yeri üstündə dava salıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 60 yaşlı aktyor evinin yaxınlığında, Manhetten səmtindəki East 10th Street küçəsində dava salıb.

Bolduinin bu ünvanda arvadı İlariya və 4 övladı ilə birlikdə yaşadığı lüks taunhausu var.

O, avtomobilini saxlamaq üçün yerə görə 49 yaşlı Voysex Seşkovski ilə mübahisə edib. Pipl-Riverin sakini Seşkovskinin dediyinə görə, aktyor ona şillə vurub.

Seşkovski xəstəxanaya aparılıb.

Polis aktyoru saxlayıb və onu 6-cı Polis İdarəsinə aparıb.