Sumqayıtda 7 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb


Digərləri 03 Noy 2018 11:27:00 280 0

Sumqayıtda 7 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb

Sumqayıt şəhərində 7 yaşlı qız binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.

Son.az Report-a istinadən bildirir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 4-cü mərtəbəsində pəncərəyə çıxıb. Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə uşaq ağır xəsarətlərdən yerindəcə ölüb.

Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Son.az