Gimnastımız dünya çempionatında 194 idmançı arasında 7-ci oldu


Digərləri 03 Noy 2018 10:45:44 255 0

Gimnastımız dünya çempionatında 194 idmançı arasında 7-ci oldu

Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə 48-ci dünya çempionatı öz işinə yekun vurub.

Bakı. Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə 48-ci dünya çempionatı öz işinə yekun vurub. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ən güclülərin müəyyənləşdiyi bu turnirdə komandamız Murad Ağarzayev, Timur Bayramov, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov və qadınlar arasında Marina Nekrasovadan ibarət gimnast heyətilə təmsil olunub.