Çay qırağına gedən bacılar dua oxuyub,


Dünya 03 Noy 2018 10:37:00 319 0

Çay qırağına gedən bacılar dua oxuyub,

İki bacı əllərini bir-birinə bağlayıb, özlərini çaya atıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, özlərini biləklərindən və bellərindən lentlə bir-birinə bağlayan iki bacı Nyu-Yorkdakı Hudson çayına tullanaraq intihar ediblər.

Nyu-York şəhəri baş polis idarəsinin müdiri Dermot Şi hadisə ilə bağlı mətbuata açıqlama verib. O, bildirib ki, intiharın səbəbi hələlik dəqiq bilinmir.

Dermot Şinin dediyinə görə onlar suya atlayarkən diri olublar və işgəncə görən qızlar ölkələrinə qayıtmaqdansa, intihar etməyi üstün tutublar:

"Hazırda əlimizdə əsaslı informasiya yoxdur. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir"

Qızlardan birinin (Tala Farea) 16, digərinin isə (Rotana Farea) 23 yaşı var. 


Xəbərə aid fotolar