İranda məktəblər bağlandı


Dünya 03 Noy 2018 10:22:00 290 0

İranda məktəblər bağlandı

Güclü qum qasırğası İranın Zabil, Zəhək, Hirmənd, Hamun və Nimruz rayonlarında məktəblərin bağlanmasına səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, dərslərin dayandırılması barədə İranın Sistan və Bəluçestan vilayətinin təlim-təhsil idarəsinin informasiya və ictimai əlaqələr şöbəsinin müdiri Əli Muradi bildirib.

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Sistan və Bəluçestan vilayətinin şimal rayonlarında orta məktəblər həftənin əvvəllərində də fəaliyyət göstərməyəcək.