O uzaq, yaşıl ada batdı


Digərləri 03 Noy 2018 10:07:00 390 0

O uzaq, yaşıl ada batdı

Yaponiyanın Rusiya ilə dəniz sərhədinin yaxınlığındakı ərazi sularında yerləşən Esambe Nanakita Kocima adası yoxa çıxıb.

Son.az İomiuri-yə istinadən bildirir ki, yaponların "yaşıl ada" adlandırdıqları Esambe ölkənin ən böyük adası Hokkaydonun sahillərindən 500 metr aralıda idi. Ada Yaponiya ilə Rusiya arasında çoxillik ərazi mübahisəsinin predmetinə çevrilmişdi.

Esambe 158 kiçik adadan biri olsa da, Şərqi-Çin dənizindəki Senkaku (Dyaoyuydao) adalarına görə Yaponiya ilə Çin arasındakı mübahisədən sonra strateji əhəmiyyət kəsb edirdi.


Xəbərə aid fotolar