Azərbaycanda 800ə yaxın şəxs qanunsuz olaraq süni göl yaradıb balıq yetişdirir


Digərləri 03 Noy 2018 09:14:00 228 0

Azərbaycanda 800ə yaxın şəxs qanunsuz olaraq süni göl yaradıb balıq yetişdirir

Hazırda Azərbaycanda 800-ə yaxın fiziki və hüquqi şəxs akvakultura fəaliyyəti ilə məşğul olur, lakin dövlət qeydiyyatına alınmadıqları üçün onların fəaliyyətləri qanunsuz sayılır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundov bildirib ki, Nazirlər Kabinetinin 2017-ci il iyulun 17-də təsdiqlədiyi "Akvakulturanın həyata keçirilməsi" qaydasına əsasən, ETSN akvakultura fəaliyyətinin göstərildiyi müəssisələrin qeydiyyatını aparmalıdır:

"Akvakultura fəaliyyətini həyata keçirmək üçün nazirliyə 800-ə yaxın fiziki və hüquqi şəxs müraciət edib. Biz o müraciətlərə bildiriş yazaraq cavablandırmışıq ki, onlar müvafiq sənədləri və təsərrüfatlarının bioloji və texnoloji əsaslandırmasını hazırlayaraq nazirliyə təqdim etsinlər. Amma problem budur ki, onlar sənədləşməni etmirlər. Buna görə də biz indi özümüz həmin müəssisələrin koordinatlarını müəyyənləşdirmək və onlarla əlaqə saxlamaq məcburiyyətindəyik".