Türkiyə İrana qarşı sanksiyalara əməl etməyə bilər


Dünya 03 Noy 2018 08:43:00 226 0

Türkiyə İrana qarşı sanksiyalara əməl etməyə bilər

Türkiyə İrana qarşı sanksiyalara əməl etməkdən bir müddətlik azad edilmiş 8 ölkənin siyahısına salına bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə bildirib.

F.Dönməz deyib: "Bizə daxil olan məlumata görə, Türkiyə istisnalar edilmiş ölkələrin siyahısındadır. Lakin təfərrüatlar barədə hələlik məlumatımız yoxdur".