Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb,


Dünya 03 Noy 2018 08:30:00 207 0

Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb,

Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "El Tiempo" qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Monteriya və Arboletes bələdiyyələrinin birləşdiyi yolda baş verib. Yerli konki sürmə yarışının iştirakçıları olan uşaqları daşıyan avtobus idarəetmədən çıxıb və ağaca çırpılıb. Hadisə nəticəsində avtobusun sürücüsü hadisə yerində ölüb, daha 19 məktəbli isə xəsarət alıb.