Google süni intellektə 25 milyon dollar ayırdı


Digərləri 03 Noy 2018 08:21:00 253 0

Google süni intellektə 25 milyon dollar ayırdı

"Google" şirkəti məqsədi bəşəriyyət üçün faydalı süni intellektin hazırlanması olan "AI for Social Good" proqramını işə salıb.

Son.az ICTnews-a istinadən bildirir ki, "Google.org"-un təşəbbüsü çərçivəsində insanların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə süni intellektin tətbiqi ilə məşğul olan layihələri dəstəkləyən "AI Impact Challenge" müsabiqəsi keçirilir. Bu layihələrin maliyyələşdirilməsi üçün şirkət tərəfindən 25 milyon dollar ayrılıb.

Məlumata görə, qaliblər 2019-cu ilin mayında "Google I/O" konfransında elan ediləcək. "AI Impact Challenge" çərçivəsində hazırlanan süni intellekt sistemləri açıq çıxış koduna malik olacaq.

"Google" şirkəti daxilində "AI for Social Good" tərəfindən dəstəklənən proqramlara Ayova ştatında yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi və əlavə reallıq mikroskoplarının yaradılması üçün "TensorFlow" proqram təminatından istifadə daxildir.