Məsciddə nə etmək bəyənilmir?


Digərləri 03 Noy 2018 07:41:00 241 0

Məsciddə nə etmək bəyənilmir?

Məsciddə edilməsi bəyənilməyən (məkruh) əməllər haqqında kitablarda ətraflı məlumat verilib. İslam.az-ın məlumatına görə, ümumilikdə məsciddə başqalarının ibadətinə mane olacaq dərəcədə ucadan danışmaq, dünya məsələləri barədə söhbət etmək, yemək, yatmaq, məscidi zibilləmək, alver etmək (nə isə alıb satmaq), sarımsaq, soğan və bu kimi xoşagəlməz qoxusu olan qidaları yeyəndən sonra məscidə gəlmək, natəmiz paltarda, çirkin corabda məscidə girmək bəyənilmir.