Məşhur aktrisa Trampı Hitlerlə müqayisə edib


Dünya 03 Noy 2018 07:43:00 254 0

Məşhur aktrisa Trampı Hitlerlə müqayisə edib

Amerikalı aktrisa Ceyn Fonda ABŞ prezidenti Donald Trampı Adolf Hitlerlə müqayisə edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Variety" portalı xəbər verib.

"Əgər siz qəzetdə Üçüncü reyxin yüksəlişi və Adolf Hitler haqqında nəsə oxumusunuzsa, paralellər görəcəksiniz", - deyə Fonda bildirib.

O, həmçinin amerikalıları Konqresə seçkilərdə iştirak etməyə çağırıb. Aktrisa hesab edir ki, əgər demokratlar Nümayəndələr Palatasında çoxluq əldə etsələr, onlar prezidentin təşəbbüslərinin böyük hissəsini qarşısını alacaq, həm də impiçment prosedurunu işə salacaqlar.