Cənnət və cəhənnəm hazırda varmı?


Digərləri 03 Noy 2018 07:22:00 272 0

Cənnət və cəhənnəm hazırda varmı?

Cənnət və cəhənnəm hazırda varmı? Yoxsa Allah onları Qiyamətdən sonra yaradacaq?

Dini kitablardakı məlumatlardan bəlli olur ki, cənnət və cəhənnəm Allah tərəfindən yaradılıb və hal-hazırda mövcuddur. Amma necə deyərlər, "fəaliyyət"də deyillər. Orada hələ ki heç kim yoxdur. Çünki insanlar qiyamət günündə öz əməllərinə görə mühakimə olunduqdan sonra cənnətə ya cəhənnəmə göndəriləcəklər. Amma merac gecəsində Həzrət Mühəmməd Peyğəmbərə (s) cənnət və cəhənnəmdən mənzərələrin göstərilməsinin bir izahı budur ki, bu mənzərələr şərti (simvolik) olaraq Peyğəmbərdə əyani təsəvvür yaratmaq xatirinə ona göstərilə bilərdi. Yaxud mümkündür ki, Allah üçün zaman məhdudiyyəti olmadığı üçün və bütün hadisələr ilahi hikmət əsasında həyata keçdiyi üçün sonra baş verəcək bir hadisə əvvəl də Peyğəmbərə canlandırıla bilərdi.