Ərdoğan: Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib


Digərləri 03 Noy 2018 01:15:00 235 0

Ərdoğan: Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib

Səudiyyəli jurnalist Camal Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib

Bakı. Səudiyyəli jurnalist Camal Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Washington Post" qəzeti üçün yazdığı məqaləsində deyilir. Qətlin ehtimal olunan sifarişçilərdən danışan Türkiyə prezidenti vurğulayıb ki, Camal Xaşkacinin öldürülməsi barədə əmrin kral Salman tərəfindən verildiyini qəti şəkildə istisna edir. Dövlət başçısı qeyd edib ki, Türkiyənin səyləri sayəsində bütün dünya C.Xaşkacinin "killer komandası" tərəfindən soyuqqanlılıqla öldürüldüyünü bildi: "Biz bilirik ki, cinayətin icraçıları Səudiyyə Ərəbistanında saxlanılan 18 şəxsin arasındadırlar. Biz həmçinin bilirik ki, C.Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib".