Elektron "oyuncaqlar" aqressiya, yoxsa bilik mənbəyi?


Digərləri 02 Noy 2018 23:51:00 280 0

Elektron "oyuncaqlar"  aqressiya, yoxsa bilik mənbəyi?

Mütəxəssislər deyir ki, müasir texnologiyaları həyatımızdan çıxara bimərik, amma uşaqları bu məsələdə başlı-başına buraxmaq da olmaz 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Kompyuter, planşet və mobil telefonlar yeni biliklərin inkişafında və məlumatların əldə edilməsində nə qədər mühüm mənbədirsə, eyni zamanda həddən artıq aludə olduqda, uşaqlar üçün təhlükəli "oyuncaqdır". Artıq isbata ehtiyacı olmasa da, bu tip fikirlərin müzakirə və həllinə ehtiyac yaranıb. Təbii ki, bu gün mobil telefonu olmayan və ya kompyuter oyunlarına maraq göstərməyən uşaq təsəvvür etmək çətindir. Düzdür, bir tərəfdən sevinirik ki, uşaqların texniki vərdişləri formalaşır və onlar əsil "rəqəmsal vətəndaşlar" kimi informasiya epoxasında böyüyürlər. Ancaq medalın başqa üzü də var - deyəsən onlar ümumiyyətlə artıq kompyutersiz keçinə bilmirlər.   Uşaqların elektron oyuncaqlara həvəsi nədən yaranır? Mütəxəssislər təəssüflə "səbəbi erkən yaşlarda axtarmaq lazımdır" deyirlər. O vaxtdan ki, valideyn uşağının şıltaqlığı ilə oynayaraq mobil telefonu şəbəkə təhlükəsizliyi qaydalarından xəbərsiz uşağının əlinə verir. Problem də həmin gündən başlayır. Çünki həmin aləti uşağın əlindən almaq əsil müşkülə çevrilir. Parlaq şəkillərə daimi aludəlik, passiv şəkildə məlumatı qamarlamaq çox tez baş verir, ancaq uşağı bu "xəstəlik"dən qurtarmaq daha çətin olur. Övladına sevə-sevə, hətta bəzən qiymətinə baxmadan planşet, kompyuter və ya mobil telefon hədiyyə edən valideyn sonradan "bunları uşağın əlindən necə alım" - sualı ilə üz-üzə qalır. Günümüzün reallığı "əgər uşaq artıq bu texnologiyalarsız yaşaya bilmirsə, onun alışqanlığının qarşısını necə almaq lazımdır?" çözümünü qarşıya çıxarıb.   "Əlbəttə, uşaq böyüdükcə, elektron dünyadan qaçması da çətinləşir, ancaq onu nəzarətə götürmək mümkündür". Rusiyalı psixoloqların bu fikri ümidi sonuncu cərgədə qoymur. Belə ki, uşağın başqa həyat sferasının - real, maraqlı məşğələ və dərnəklərlə zəngin həyatının olması daha məqsədəuyğundur: "Uşaq valideyninin də vərdişlərini mənimsəyir. Valideynin əlində nə görürsə, böyüdükcə ona meyl edir. Bu baxımdan valideynin maraqları da uşaq üçün örnəkdir. Elektron "oyuncaqlar"ın onun həyatında hansı yeri tutmasını isə uşağa vaxtında başa salmaq lazımdır".   Böyüməkdə olan nəsil arasında, xüsusən erkən yaşdan lazım gəldi-gəlmədi elektron "oyuncaqlar"a alışqanlığın fəsadına cəmiyyətdə oxşar, həm də ürəkaçmayan reaksiyalar var. Vərdişləri qadağalarla aradan qaldırmağın çətinliyini anlayan ekspertlər, mütəxəssislər daha çox maariflənmənin və "yumşaq" tərbiyə üsulunun tərəfdarıdırlar.

Nəzarətə ehtiyac

Uşaq dərsliklərinin müəllifi, professor Rafiq İsmayılov uşaqların texnologiyalara alışmasının valideyn və müəllimlərə təqdir olunması ilə bağlı hər hansı bir məlumat eşitmədiyini deyir: "Kompyuterdə işləmək vərdişlərini uşaqlarda yaratmaq lazımdır ki, onlar öz texnoloji biliklərini inkişaf etdirsinlər. Uşaq kompyuterdə nə ilə məşğul olur, nələri izləyir - bu, əsas məsələdir. Düzdür, müəyyən sayda proqramlar uşaqlara öyrədilməlidir, ancaq texnologiyalar kitabı əvəz etməməlidir. Uşağın kompyuterlə məşğul olmasının limiti olmalıdır".   Professorun fikrincə, uşağın qarşısında nə qədər çox qadağa qoyularsa, bir o qədər onda meyillilik yaranar: "Ancaq valideynin bu yöndə uşağa nəzarət etməsi lazımdır və mümkündür". Texnologiyalar uşağın əlindən alınanda onların aqressiya göstərməsinə gəlincə, ekspert hesab edir ki, bu məsələdə müəyyən məqamlar valideynin yaratdığı boşluqla bağlıdır: "Bu cür hadisələr çox baş verir. Uşağın əlindən kompyuteri və ya mobil telefonu alırlar, nəticədə o, aqressiya göstərməyə başlayır. Valideyn zamanında kompyuter və ya telefonu uşağın əlindən almayıb, sonradan isə şiddət göstərərək onu alışdığı bu vasitələrdən məhrum edir. Bu təbii ki, aqressiyaya səbəb olur. Bunu vaxtında həyata keçirmək lazımdır". R.İsmayılov hesab edir ki, belə aqressiya göstərən uşaqlarla bağlı psixoloqa müraciət etmək lazımdır: "Psixoloq həmin uşaqda yaranan xoşagəlməz təsirləri aradan qaldırmağa yardım edə bilər. Ancaq bu mərhələyə gəlib çatmamış, uşağa bu yöndə nəzarəti gücləndirmək lazımdır".

İnternet xəttini bağlatdırmışam